Ana səhifə / Dünya / Keniyada hökumət əleyhinə etirazlarda ölənlərin sayı 3-ə çatıb Keniyada hökumət əleyhinə etirazlarda ölənlərin sayı 3-ə çatıb 28.03.2023, 12:12 Nərmin Qocamanlı Keniyada ötən həftədən bəri hökumət əleyhinə keçirilən nümayişlərdə ölənlərin sayı 3 nəfərə çatıb. "Operativ Media" xəbər verir ki, bu barədə "Daily Nation" məlumat yayıb. Digər tərəfdən, bəzi etirazçılar müxalifət lideri Raila Odinqanı dəstəkləyən keçmiş prezident Uhuru Kenyattanın fermasına basqın ediblər. Müxaliflər hər bazar ertəsi və cümə axşamı nümayişləri davam etdirəcəklərini bildiriblər. Qeyd edək ki, etirazçılar seçkilərin nəticələrinə və yaşayış xərclərinə etirazlarını əsas gətirərək keçən həftə aksiyalara başlayıb. Teqlər: "Keniyada hökumət əleyhinə etirazlarda ölənlərin sayı 3-ə çatıb"