Menyu

Daha bir marşrut avtobusu yenilənir

Operativ Media
Daha bir marşrut avtobusu yenilənir
1 dəq oxu

Binəqədi (10 May küçəsi) və Biləcəri qəsəbələrini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 92 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.  

AYNA-dan Operativ Media-ya verilən məlumata görə, aprelin 19-dan sərnişinlərin xidmətinə veriləcək 6 böyüktutumlu “Yutong” markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Yaxın aylarda marşrut üzrə avtobusların digər qisminin də yenilənməsi təmin ediləcək. Ümumilikdə 14 avtobus 7-8 dəqiqə intervalla sərnişinlərin ixtiyarında olacaq. 

Avtobuslarda ödəniş nağdsız qaydadadır.

Əlaqəli Xəbərlər