Menyu

“Bank Respublika” müştərilərə texniki işlərlə bağlı xəbərdarlıq edib

Operativ Media
“Bank Respublika” müştərilərə texniki işlərlə bağlı xəbərdarlıq edib
"Bank Respublika" xidmətlərində müvəqqəti fasilə yaranacağını açıqlayıb.

Operativ Media xəbər verir ki, 18 aprel saat 22:00-dan 19 aprel saat 05:00-a qədər bank sistemlərində aparılacaq profilaktik işlərlə əlaqədar xidmətlərin istifadəsi mümkün olmayacaq.

Müştərilərə bank əməliyyatlarını planlaşdırarkən qeyd olunan vaxt aralığını nəzərə almaları tövsiyə olunur.

Qeyd olunub ki, fasilə texniki işlərin daha keyfiyyətli və təhlükəsiz xidmət təminatı məqsədilə həyata keçirilir.

Əlaqəli Xəbərlər