Menyu

5 ev, 2 sexdən 20 min manatlıq oğurluq olub

Operativ Media
5 ev, 2 sexdən 20 min manatlıq oğurluq olub

Bakının Xəzər rayonunda 20 min manatlıq oğurluq olub.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs rayon ərazisində yerləşən 5 ev və 2 sexdən pul, məişət əşyaları, elektrikli alətlər, həmçinin kombi aparatı oğurlayıb, nəticədə zərərçəkənlərə ümumilikdə 20 min manata yaxın maddi ziyan vurulub.

Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Ş.Abdullayev müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir hissəsini satdığı məlum olub.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər