Ana səhifə / Dünya / Nigeriyada meningit epidemiyası 52 nəfərin ölümünə səbəb olub Nigeriyada meningit epidemiyası 52 nəfərin ölümünə səbəb olub 28.03.2023, 15:32 Nərmin Qocamanlı Nigeriyada menengit epidemiyasından 52 nəfər ölüb. "Operativ Media" xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb. Məlumata görə, 1 yanvar - 5 mart tarixləri arasında paytaxt Abuca ilə yanaşı, 21 ştatda da menengit hadisələrinə rast gəlindiyi bildirilib. Açıqlamada qeyd olunub ki, sözügedən dövrdə 628 meningit hadisəsi aşkarlanıb və onlardan 52 nəfər ölüb. Teqlər: "Nigeriyada meningit epidemiyası 52 nəfərin ölümünə səbəb olub"