http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İlham Əliyev Fazil Mustafaya qarşı terror aktı ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verib

29 Mart 2023 , 16:19
İlham Əliyev Fazil Mustafaya qarşı terror aktı ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verib

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Prezidentin köməkçisi Anar Ələkbərov martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış Milli Məclisin deputatı Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, millət vəkilinə dövlət başçısının və birinci xanımın şəfa diləklərini çatdıran Anar Ələkbərov bildirib ki, Prezident İlham Əliyev onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Diqqətə çatdırılıb ki, xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verilib.

OXŞAR XƏBƏRLƏR
TƏBİB təcili yardım avtomobillərinə yeni qadağalar qoyub?

TƏBİB təcili yardım avtomobillərinə yeni qadağalar qoyub?

Ermənistanda sərhəd Komissiyanın qərarına etiraz edənlər ərazidə tonqallar qalamağa başlayıb

Ermənistanda sərhəd Komissiyanın qərarına etiraz edənlər ərazidə tonqallar qalamağa başlayıb

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib

XƏBƏR LENTİ
  • 16:55

    Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb
    Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb
  • 16:37

    Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik
    Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik
  • 16:31

    Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb
  • 16:29

    Prezident İlham Əliyev: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib
    Prezident İlham Əliyev: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib
  • 16:21

    Unai Emeri "Aston Villa" ilə müqaviləsini uzadacaq
  • 16:15

    Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb
  • 16:13

    Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
    Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
  • 15:55

    Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
    Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
Menyu