30 Mart 2023, 19:04
Azərbaycan ilin sonunadək Macarıstana qaz tədarük edə bilər
Azərbaycan ilin sonunadək Macarıstana qaz tədarük edə bilər şəkil
Azərbaycan ilin sonunadək Macarıstana qaz tədarük edə bilər

Energetika naziri Pərviz Şahbazov Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin 3-cü iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, Nazirlikdən verilən xəbərə görə, görüşdə TDT formatında əməkdaşlığa, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş və təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumunun icrasına dair məsələlər müzakirə edilib. Macarıstana qaz təchizatının ilin sonuna kimi başlanacağı bildirilib. Həmçinin Xəzər dənizində “yaşıl enerji”nin istehsalını, bu enerjinin ötürülməsi üçün müxtəlif xətlərin, Qara dənizin dibi ilə kabelin çəkilməsini, bazarlara çatdırılmasını əhatə edən “yaşıl enerji” dəhlizi layihəsinin reallaşdırılması istiqamətində zəruri tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı “MOL” şirkətinin Azərbaycanın neft-qaz yataqlarının işlənməsində iştirakının genişləndirilməsi imkanları da nəzərdən keçirilib.

Son xəbərlər
Ağ Ev: Çinə birtərəfli tarif endirimi olmayacaq
Kreml: Zelenskinin istefasını tələb etmirik
Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub
Peskov: Rusiya heç kimə hücum etmək niyyətində deyil
İranın nüvə ehtiyatları AEBA-nın daimi nəzarətindədir
Rusiya və BMT Livandakı gərginliyin azaldılması və humanitar yardım məsələlərini müzakirə edib
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
Zəlzələdən sonra afterşoklar qeydə alınır