Polşa Aİ-dən təzminat alacaq
Polşanın Baş naziri Mateuş Moravetski Polşanın Ukraynadan idxal edilən taxılla əlaqəli itkilərə görə Avropa İttifaqından təzminat alacağını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, Mateusz Moravetski feysbuk hesabında etdiyi paylaşımda ölkənin kənd təsərrüfatı sektorunda yaşanan problemlərə toxunub.
Polşadakı fermerlərin Ukraynadan taxıl idxalı səbəbiylə maliyyə problemi yaşadığını deyən Moravetski, “Polşa Ukraynadan idxal edilən taxılın verdiyi itkilərə görə Avropa İttifaqından (Aİ) təzminat alacaq”, - bildirib.
Polşa mətbuatında Aİ Komissiyasının Ukrayna taxılından əziyyət çəkən fermerlər üçün İttifaqda 56 milyon avro dəyərində dəstək paketi təklif edəcəyi bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net