Menyu

Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib

Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib

Ankarada Türkiyənin Milli Təhlükəsizlik Şurasının (MGK) iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasda ölkə daxili və xaricində baş verən hadisələr müzakirə edilib.

İclasın nəticələrinə dair yayımlanan məlumatda xarici ölkələrin PKK/YPG terror təşkilatlarına verilən hərbi-texniki dəstək, Yunanıstanla münasibətlər, Rusiya-Ukrayna müharibəsinə dair Ankaranın sülh gündəliyi və ölkənin cənub-şərqində baş verən zəlzələlərin də nəzərdən keçirildiyi bildirilib.

İclasda həmçinin, 2023-cü il mayın 14-də keçiriləcək prezident və millət vəkili seçkilərinin əmin-amanlıq və təhlükəsizlik şəraitində keçirilməsi üçün görüləcək tədbirlər də müzakirə edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər