Dünya Bankının prezidentliyinə yeganə namizəd bəlli olub
Nərmin Qocamanlı
Martın 29-da Dünya Bankı Qrupunun prezidenti vəzifəsinə namizədlərin irəli sürülməsi üçün son tarix başa çatıb.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, Dünya Bankının prezidentliyinə yeganə namizəd ABŞ-dan Ajay Banqa olub.
Qeyd edək ki, Dünya Bankının hazırki prezidenti Devid Malpass fevral ayında dörd illik fəaliyyətindən sonra istefa verəcəyini açıqlamışdı.
Malpassın qərarından sonra ABŞ prezidenti Co Bayden "Mastercard"ın keçmiş baş icraçı direktoru (CEO) Ajay Banqanın Dünya Bankının prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayıb.
Teqlər:
"Dünya Bankının prezidentliyinə yeganə namizəd bəlli olub"