Menyu

Əfqanıstanda məktəbə əl qumbarası atılıb, iki şagird həlak olub

Nərmin Qocamanlı
Əfqanıstanda məktəbə əl qumbarası atılıb, iki şagird həlak olub
1 dəq oxu

Əfqanıstanın şimalındakı Cüzcan vilayətinin Kuştəpə rayonunda məktəbə əl qumbarası atılıb.

"Operativ Media" xəbər verir ki, hadisə bağlı Cüzcan Polis İdarəsinin sözçüsü Əbdül Səttar Həlimi mətbuata açıqlama verib.

O bildirib ki, naməlum şəxs Kuştəpə rayonundakı məktəbə əl qumbarası atıb, nəticədə 2 şagird həlak olub, 4 şagird yaralanıb.

Yerli KİV-in məlumatına görə, hadisə qızların təhsil aldığı məktəbdə baş verib. Hadisənin təfərrüatı hələlik məlum deyil.

Əlaqəli Xəbərlər