Ana səhifə / Dünya / ABŞ-da barda atışma olub, ölənlər var ABŞ-da barda atışma olub, ölənlər var 02.04.2023, 18:37 ABŞ-ın Oklahoma Siti şəhərində yerləşən barların birində atışma olub, azı 3 nəfər ölüb. "Operativ Media" xəbər verir ki, bu barədə yerli polisə istinadən NBC telekanalı məlumat yayıb. Məlumata görə, daha üç nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır, digər ikisi isə yüngül xəsarətlər alıb. Polis bildirib ki, atışmanın hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Şübhəli ilə bağlı təfərrüatlar açıqlanmayıb. Teqlər: "ABŞ-da barda atışma olub ölənlər var"