02 Aprel 2023, 21:12
ABŞ ticarət katibinin köməkçisi Azərbaycana gəlib
ABŞ ticarət katibinin köməkçisi Azərbaycana gəlib şəkil
ABŞ ticarət katibinin köməkçisi Azərbaycana gəlib

ABŞ-in Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici Ticarət Xidmətləri üzrə Baş Direktor Arun Venkataraman Azərbaycana səfərə gəlib.

ABŞ Səfirliyindən bildirilib ki, beynəlxalq ticarət sahəsində 20 ildən artiq təcrübəyə malik olan Venkataraman peşəkar fəaliyyəti zamanı özəl şirkətlərə, beynəlxalq təşkilatlara və ABŞ-in hökumətinə öz məsləhətlərini verib.

O, həmçinin Türkiyə, Ermənistan və Gürcüstana səfər edəcək. Bakıda olduğu zaman ticarət katibinin köməkçisi Venkataraman Prezident İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirəcək. O, energetika naziri Pərviz Şahbazov ilə birgə ABŞ-Azərbaycan Təmiz və Yaşıl Enerji Forumunda iştirak edəcək, ABŞ şirkətləri təmsilçiləri ilə görüşəcək və ABŞ-ın Azərbaycanla iqtisadi və enerji sahəsində apardığı tərəfdaşlığın vacibliyini vurğulayacaq.

 
Son xəbərlər
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib
Tramp ABŞ-nin Ukrayna üzrə danışıqlar prosesindən çıxa biləcəyini istisna etmir