Menyu

Litva ordusu yeni yaradılacaq diviziya üçün silah alacaq

Litva ordusu yeni yaradılacaq diviziya üçün silah alacaq

Litva hökuməti ölkənin Silahlı Qüvvələri üçün HIMARS uzunmənzilli raket artilleriya sistemləri, özüyeriyən haubitsalar, piyada döyüş maşınları (PDM) və pilotsuz uçuş aparatları (PUA) alacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə ordu komandanlığı məlumat yayıb.

Komandanlıqdan haqqında sözügedən texnikanın yeni yaradılacaq diviziya üçün sifariş olunacağı bildirilsə də, onların alınma vaxtını dəqiqləşdirməyib.

Həmçinin qeyd olunub ki, tank, artilleriya, kəşfiyyat, mühəndis batalyonlarının formalaşdırılması məsələsi nəzərdən keçirilir və yaradılacaq diviziya HIMARS uzunmənzilli raket artilleriya sistemləri, “Caesar” uzaqmənzilli özüyeriyən təkərli haubitsalar, “Vilkas” piyadaların döyüş maşınları, kəşfiyyat və zərbə PUA-ları əldə edəcək.

Qeyd edək ki, hazırda Litva ordusunda ən böyük hərbi birləşmə briqadadır.

Diviziyanın yaradılması 2030-cu ilə planlaşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər