Tramp bu gün Nyu-Yorkda məhkəmə qarşısına çıxacaq

Nərmin Qocamanlı
Tramp bu gün Nyu-Yorkda məhkəmə qarşısına çıxacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp dünən Nyu-Yorka gedib. Tramp bu gün məhkəmə qarşısına çıxacaq.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, Manhetten məhkəmə zalında Tramp keçmiş porno ulduz Stormi Danielsə “suş payı” ödəyərkən kommersiya qeydlərini saxtalaşdırdığı iddiası ilə dindiriləcək.

Məhkəmə yerli vaxtla saat 14:15-də başlayacaq iclasda Trampa qarşı ittihamların təfərrüatları açıqlanacaq.

Qeyd edək ki, 76 yaşlı Tramp ABŞ-da mühakimə olunan ilk keçmiş prezidentdir. Tramp ona qarşı irəli sürülən ittihamları rədd edir.

Digər xəbərlər