http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Binəqədidə içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib

04 Aprel 2023 , 15:36
Binəqədidə içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib

"Azərsu" ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin xidməti ərazisində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, rayonun Xocəsən qəsəbəsində fəaliyyət göstərən beton istehsalı müəssisəsində suyun talanması aşkar edilib. 3 ay əvvəl müəssisənin su təchizatı sistemlərinə baxış keçirilən zaman sayğacdankənar xətdən istifadə edildiyi müəyyən edilərək dəymiş ziyan hesablanıb. Həmin xəttin ləğv edilməsinə baxmayaraq, obyekt sahibi şəbəkəyə yenidən özbaşına qoşulub.

Nəzarət tədbirləri zamanı Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində fəaliyyət göstərən restoran, market, daşınmaz əmlak ofisi və avtoyuma məntəqəsində sayğacdankənar çəkilmiş əlavə xətt ləğv edilib.

Sulutəpə qəsəbəsində yerləşən kafenin sahibi isə təchizatçı şirkətlə müqavilə bağlamadan sudan qeyri-qanuni istifadə edirmiş. Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 5-ci şimal küçəsində fərdi yaşayış evinin tikintisi ilə məşğul olan şəxsin tikdiyi evdə də sudan qeyri-qanuni istifadə halları aşkarlanıb.

Aşkarlanmış hallar üzrə akt tərtib olunub, qanunsuz su xətləri ləğv edilib. Eyni zamanda su şəbəkəsinə qanuni qoşulma ilə bağlı vətəndaşlar məlumatlandırılıb. Bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravlik rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Eyni zamanda qəza briqadalarının sudan qanunsuz istifadə hallarının aradan qaldırılmasına cəlb olunması digər ərazilərdə baş vermiş su axıntılarının qarşısını alınmasını gecikdirir, vaxt itkisinə və əlavə xərclərin yaranmasına gətirib çıxarır.

Bu ilin yanvar-mart aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 2 958, Binəqədi rayonu üzrə 633 fakt aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı “Azərsu” üzrə 900 min kubmetr, Binəqədi rayonu üzrə 176 min kubmetr sərfiyyat bərpa olunub.

OXŞAR XƏBƏRLƏR
Politico: Oktyabrın 22-də AP Kiyevə 35 milyard avro kredit ayrılması məsələsinə baxacaq

Politico: Oktyabrın 22-də AP Kiyevə 35 milyard avro kredit ayrılması məsələsinə baxacaq

ABŞ səfirliyi insanları viza alarkən dələduzlardan ehtiyatlı olmağa çağırır

ABŞ səfirliyi insanları viza alarkən dələduzlardan ehtiyatlı olmağa çağırır

Tokayev Türkmənistana səfər edib

Tokayev Türkmənistana səfər edib

XƏBƏR LENTİ
  • 14:20

    Estoniyalı futbolçu: "Azərbaycana qalib gəlmək üçün çalışırıq"
  • 14:18

    Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı işlər aparılır
  • 14:11

    Aleksey Kaşuk: "Parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı"
  • 13:59

    Vüqar Kərimov: 142 mineral xammal yatağında işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib
  • 13:43

    Politico: Oktyabrın 22-də AP Kiyevə 35 milyard avro kredit ayrılması məsələsinə baxacaq
  • 13:27

    “Medical Assistance” cərimələnib
  • 13:20

    İcbari tibbi sığorta nədir və necə hesablanır ?
  • 13:05

    İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib
Menyu