04 Aprel 2023, 19:28
Çavuşoğlu: "Terrorizmlə mübarizədə nəticəyönümlü əməkdaşlıq mütləqdir”
Çavuşoğlu: "Terrorizmlə mübarizədə nəticəyönümlü əməkdaşlıq mütləqdir” şəkil
Çavuşoğlu: "Terrorizmlə mübarizədə nəticəyönümlü əməkdaşlıq mütləqdir”

İsveçin terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığı rəsmi Ankaranın İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi üçün zəruri şərtdir.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Tobias Billström ilə görüşdən sonra bildirib.

“İsveçli həmkarım ilə görüşdə ona NATO-ya üzv olmaq üçün atılması zəruri olan addımları xatırlatdım. Terrorizmlə mübarizədə nəticəyönümlü əməkdaşlıq mütləqdir”, - onun tviterdəki postunda deyilir.

Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdi, lakin Türkiyə onlardan terror təşkilatları kimi tanıdığı kürd təşkilatlarını terrorçu elan etmələrini tələb edərək giriş prosesini əngəlləmişdi.

Son xəbərlər
Bügünkü yanğında 5 maşın yanaraq külə dönüb
Peskov: Atəşkəs bu gün gecə yarısı başa çatacaq
Gəncədə 35 yaşlı kişi bıçaqlanıb
Mirzoyan ATƏT-in baş katibi ilə görüşüb
Makron Böyük Britaniyaya səfər edəcək
Azərbaycan PL: "Şamaxı" "Kəpəz"i məğlub etdi
Abbas Əraqçi: ABŞ ilə danışıqlar səmərəli ola bilər
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 25 nəfər ölüb