04 Aprel 2023, 21:12
Rumıniya Ukrayna və Moldovaya əlavə vəsait ayıracaq
Rumıniya Ukrayna və Moldovaya əlavə vəsait ayıracaq şəkil
Rumıniya Ukrayna və Moldovaya əlavə vəsait ayıracaq

Rumıniya Ukrayna və Moldovanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün bu ölkələrə əlavə olaraq, müvafiq qaydada 800 min və 750 min ABŞ dolları verəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku NATO xarici işlər nazirlərinin iclasından əvvəl bildirib.

“İclasın gedişində Ukraynaya 800 min ABŞ dollarından çox, Moldovaya isə 750 min ABŞ dollarından çox vəsait ayırmaqla NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi proqramlarına əlavə töhfə verəcəyimizi elan edəcəyəm”, - o deyib.

B.Auresku nazirlərin görüşündə Qara dənizdə təhlükəsizlik məsələlərinin müzakirə olunacağını vurğulayıb.

“Bu, şərq cinahdakı ölkələrdə, o cümlədən Rumıniyada müttəfiqlərin mövcudluğunu saxlamaq və genişləndirmək deməkdir”, - o əlavə edib.

Son xəbərlər
Ağ Ev: Çinə birtərəfli tarif endirimi olmayacaq
Kreml: Zelenskinin istefasını tələb etmirik
Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub
Peskov: Rusiya heç kimə hücum etmək niyyətində deyil
İranın nüvə ehtiyatları AEBA-nın daimi nəzarətindədir
Rusiya və BMT Livandakı gərginliyin azaldılması və humanitar yardım məsələlərini müzakirə edib
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
Zəlzələdən sonra afterşoklar qeydə alınır