Almanlar Ukraynaya döyüş təyyarələri verilməsinə qarşıdır
Almanlar Ukraynaya müasir döyüş təyyarələrinin verilməsinə qarşıdırlar.
"Operativ Media" xəbər verir ki, Rtl telekanalının Forsa şirkətinə etdiyi sorğunun nəticələrinə görə, iştirakçıların 64 faizi NATO-nun Ukraynaya belə döyüş təyyarələri verməməli olduğunu bildirib.
Bunu cəmi 28 faiz dəstəklədiyi halda, 8 faiz fikir bildirməyib.
31 mart-4 aprel tarixləri arasında keçirilən və 1008 nəfərin iştirak etdiyi sorğuda 49 faizin Ukraynaya silah yardımının artırılmasının əleyhinə olduğu, 47 faizinin isə yardımı dəstəklədiyi bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net