Berluskoni xəstəxanaya yerləşdirildi
İtaliyanın keçmiş Baş naziri və “Forza Italia” Partiyasının lideri evə buraxıldıqdan beş gün sonra yenidən xəstəxanaya yerləşdirilib.
"Operativ Media" xəbər verir ki, bu haqda ANSA xəbər agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, 86 yaşlı Berluskoni hazırda nəfəs darlığı ilə gəldiyi “San Raffaelle” xəstəxanasının reanimasiya şöbəsindədir.
İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani S.Berluskoninin səhhətindəki əvvəlki probleminin yenidən başladığı üçün xəstəxanaya yerləşdirildiyini, onun ayıq vəziyyətdə olduğunu və danışa bildiyini bildirib.
Xatırladaq ki, Silvio Berluskoni ötən ayın sonlarında xəstəxanaya yerləşdirilmiş və martın 30-da evə buraxılmışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net