Menyu

“Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb

Operativ Media
“Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb
1 dəq oxu

Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb. 

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimdə Azərbaycanı təmsil edən Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri Vətənə qayıdıb.

Qeyd edək ki, döyüş effektivliyinin, uyarlılığın və birgə tapşırıqların icrasında hərbi qulluqçularımızın nümayiş etdirdiyi peşəkarlıq təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Əlaqəli Xəbərlər