Menyu

Ukrayna iyulun 1-dək Polşaya taxıl tədarük etməyəcək

Ukrayna iyulun 1-dək Polşaya taxıl tədarük etməyəcək

Ukrayna iyulun 1-dək Polşaya taxıl tədarük etməyəcək.

"Operativ Media" xəbər verir ki, bunu Ukraynanın aqrar siyasət naziri Nikola Solski polşalı həmkarı Robert Telyus ilə iki ölkə sərhədindəki Dorohusk-Yaqodin keçid məntəqəsində baş tutan görüşdən sonra deyib.

"Ukrayna tərəfi yeni mövsümə qədər ixracdan imtina edəcək. Dünyada vəziyyətin necə inkişaf etməsindən asılı olaraq, biz növbəti birgə fəaliyyətləri müzakirə etmək üçün yenidən görüşəcəyik", - Solski bildirib.

R.Telyus qeyd edib ki, söhbət buğda, qarğıdalı və günəbaxanın idxalının dayandırılmasından gedir. Bununla belə, Ukrayna taxılının Polşadan keçməklə üçüncü ölkələrə tranziti davam edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər