08 Aprel 2023, 21:44
Qazaxıstanda sürücüsüz avtobus piyadaları vurub, ölən və yaralananlar var
Qazaxıstanda sürücüsüz avtobus piyadaları vurub, ölən və yaralananlar var şəkil
Qazaxıstanda sürücüsüz avtobus piyadaları vurub, ölən və yaralananlar var

Qazaxıstanın cənubunda, Çimkənt şəhərində sürücüsüz avtobus üzüaşağı hərəkət edərək piyadaları vurub. Qəza nəticəsində 4 nəfər ölüb, 2 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

"Operativ Media"nın xəbərinə görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, hadisə aprelin 8-də baş verib. “Metro” ticarət mərkəzinin ərazisində iki küçənin kəsişməsində sürücüsüz avtobus əks istiqamətə çıxaraq səkidə olan 6 piyadanı vurub.

İki qadın və bir yeniyetmə hadisə yerində, bir qız xəstəxanada ölüb. Daha iki nəfər isə tibb müəssisəsində müalicə olunur.

İstintaqın məlumatına görə, sürücü avtobusu marşrutun son dayanacağında qoyub və dayanacaq tormozunu çəkib. Sürücü maşından çıxdıqdan sonra avtobus maili yolda hərəkətə gələrək piyadaları vurub.

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər