Azad edilən ərazilərdə daha 98 mina aşkarlanıb

admin
Azad edilən ərazilərdə daha 98 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 98 mina aşkarlayıb.

ANAMA-dan "Operativ Media"ya verilən məlumata görə, aprelin 3-dən 8-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 24, tank əleyhinə 74 mina və 298 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 622 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Digər xəbərlər