FİFA prezidenti Canni İnfantino mayın 1-də Tacikistana səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Tacikistan" məlumat yayıb.
Məlumata görə, Canni İnfantino səfər çərçivəsində CAFA Konqresində iştirak edəcək.
Tacikistan Futbol Federasiyası daha əvvəl bildirmişdi ki, Mərkəzi Asiya Futbol Assosiasiyasının ilk çempionatının püşkatma mərasimi də may ayında keçiriləcək.
İyunun 9-21-də Bişkek və Daşkənddə keçiriləcək turnirdə Türkmənistan, Tacikistan, Özbəkistan, Qırğızıstan, İran və Əfqanıstan komandaları iştirak edəcək.