10 Aprel 2023, 21:57
Ermənistan İstintaq Komitəsi Paşinyana çətir atan qadına qarşı cinayət işi açıb
Ermənistan İstintaq Komitəsi Paşinyana çətir atan qadına qarşı cinayət işi açıb şəkil
Ermənistan İstintaq Komitəsi Paşinyana çətir atan qadına qarşı cinayət işi açıb

Ermənistanın İstintaq Komitəsi ölkənin baş naziri Nikol Paşinyana çətir atan qadına qarşı cinayət işi açıb.

"Operativ Media" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, aprelin 10-da Ermənistanın baş naziri Vayodzor rayonunun Malışka kəndinə səfəri zamanı fərdi evlərdən birinin həyətində 47 yaşlı qadın tərəfindən “hücuma məruz qalıb”. Belə ki, yerli sakin “polisin tələblərinə məhəl qoymadan baş nazirin qanuni rəsmi fəaliyyətinə mane olmaq məqsədilə ona qarşı zorakılıq tətbiq etməyə cəhd göstərərək Nikol Paşinyana çətir atıb.

Faktla bağlı sui-qəsdə cəhd, vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə mane olmaq məqsədilə vəzifəli şəxsə qarşı zorakılıq maddələri ilə cinayət işi başlanıb.

Qadın saxlanılaraq prosesi aparan orqana aparılıb. Günahı sübut olunarsa, onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Son xəbərlər
Rusiya XİN vətəndaşlarına xəbərdarlıq edib
Babəkin bəzi kəndlərində qaz olmayacaq
Türkiyədə 4,9 bal gücündə zəlzələ olub
Azərbaycan səfirliyinə hücumun icraçısının edamı üçün zəruri hazırlıqlar başa çatıb
Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini açıqlayıb - VİDEO
27 Aprel 2025, 22:50
İran Prezidenti: İki qardaş ölkə kimi əməkdaşlıq sahələrimizi genişləndirməliyik
Məsud Pezeşkian: Keçmişdə qardaş olmuşuq, gələcəkdə də qardaş olacağıq
"Qarabağ" 12-ci çempionluğunu qazandı