Peruda sərnişin avtobusu aşıb, 10 nəfər ölüb, 25 nəfər yaralanıb
Nərmin Qocamanlı
Peruda sərnişin avtobusunun aşması nəticəsində 10 nəfər ölüb, 25 nəfər yaralanıb.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Huaroçiri əyalətinin Çikla qraflığında magistral yolda sərnişin avtobusu idarəetməni itirərək dərəyə yuvarlanıb.
İlkin məlumata görə, qəzada 10 nəfər həyatını itirib, bəziləri ağır olmaqla 25 nəfər yaralanıb.
Hadisə yerinə çox təcili yardım və polis qrupları sövq edilib, yaralılar xəstəxanaya çatdırıb.
Teqlər:
"Peruda sərnişin avtobusu aşıb 10 nəfər ölüb 25 nəfər yaralanıb"