ABŞ-ın Nyu-Cersi ştatında türk və müsəlman icmasının sıx məskunlaşdığı Paterson şəhərində bazar günü səhər namazını qılarkən məscid imamı bıçaqla hücuma məruz qalıb.
"Operativ Media" xəbər verir ki, Omar Mosque adlı məscidin imamı Seyid Əl-Nəkib aprelin 9-u bazar günü səhər namazını qılarkən səcdədə olan zaman camaat arasında gizlənən hücumçu tərəfindən bıçaqlanıb.
Hücumçunun camaatın üstündən tullanaraq 65 yaşlı imamı bıçaqla vurduğu anlar məscidin təhlükəsizlik kamerası tərəfindən görüntülənib.
Daha sonra əlindəki bıçaqla ona mane olmaq istəyənləri hədələyən şəxs məscidin çıxış qapısına qaçmaq üzərəykən yaxalanıb və polisə təhvil verilib.