Sergey Lavrov Murat Nurtleu ilə Xəzər dənizində əməkdaşlığı müzakirə edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu Xəzər dənizində çoxtərəfli əməkdaşlığın vacibliyini qeyd ediblər.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin iki nazir arasında danışıqların yekunlarına dair hesabatında deyilir.
Danışıqlar zamanı Xəzəryanı ölkələr tərəfindən razılaşdırılmış beştərəfli sazişlərin və təşəbbüslərin ardıcıl surətdə həyata keçirilməsinin aktuallığı vurğulanıb.
Tərəflər çoxşaxəli əməkdaşlığın siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar komponentlərini müzakirə ediblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net