22 Oktyabr 2022, 11:11
Boksçumuz Avropa çempionatının finalına vəsiqə qazanıb
Boksçumuz Avropa çempionatının finalına vəsiqə qazanıb şəkil
Boksçumuz Avropa çempionatının finalına vəsiqə qazanıb

Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib.

"Operativ Media"nın məlumatına görə, finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

Komandamızın heyətində Aynur Rzayeva (+81 kq) Darya Kozoreslə (Moldova) üz-üzə gəlib. Avropa çempionatının bürünc medalçısı bu dəfə daha yaxşı nəticə göstərib. Rzayeva rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək finala yüksəlib. Bununla da Azərbaycan 6 ildən sonra Avropa çempionatının həlledici mərhələsində təmsil olunacaq. Aynur finalda ukraynalı Mariya Lovçinska ilə döyüşəcək.

Millimizin digər boksçusu Anaxanım İsmayılova (50 kq) isə bürünc medalla kifayətlənib. 1/4 finalda Yaroslava Marinçuku (Ukrayna) məğlub edən idmançı yarımfinalda irlandiyalı Katlin Fryerslə qarşılaşıb və rəqib finala yüksəldiyindən təmsilçimiz 3-cü yeri tutub.

Qeyd edək ki, 30 ölkədən 154 boksçu qatıldığı Avropa çempionatına bu gün yekun vurulacaq.

Son xəbərlər
Ağ Ev: Çinə birtərəfli tarif endirimi olmayacaq
Kreml: Zelenskinin istefasını tələb etmirik
Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub
Peskov: Rusiya heç kimə hücum etmək niyyətində deyil
İranın nüvə ehtiyatları AEBA-nın daimi nəzarətindədir
Rusiya və BMT Livandakı gərginliyin azaldılması və humanitar yardım məsələlərini müzakirə edib
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
Zəlzələdən sonra afterşoklar qeydə alınır