AP ilə Ukrayna Parlamenti arasında ilk komitələrarası iclas keçirildi
Avropa Parlamenti ilə Ukrayna Parlamenti arasında ilk komitələrarası iclas keçirilib.
"Operativ Media" xəbər verir ki, iclasda AP üzvləri Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü dəstəklənib.
İclasın açılışında çıxış edən AP prezidenti Roberta Metsola, “Bugünkü görüş bizim iki qurum arasında dərin, hərtərəfli və nəzərə çarpan sektor əməkdaşlığının başlanğıcını göstərir. Bu, Ukraynanın Avropa yolu üçün çox vacib olan bir əməkdaşlıqdır. Bu, bizim müzakirə etdiyimiz və razılaşdığımız bir məsələdir, çünki Ukraynanın gələcəyinin Aİ üzvlüyündə olduğuna heç bir şübhə yoxdur”.
Metsola Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bu il başlayacağına ümid etdiyini bildirib.
Teqlər:
"AP ilə Ukrayna Parlamenti arasında ilk komitələrarası iclas keçirildi"