Menyu

Çavuşoğlu Eli Kohen ilə telefon danışığı aparıb

Çavuşoğlu Eli Kohen ilə telefon danışığı aparıb
1 dəq oxu

Türkiyəin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün İsrailin xarici işlər naziri Eli Kohen ilə telefon danışığı aparıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı Məscidül-Əqsa ətrafında baş verən son hadisələr müzakirə edilib.

Nazir Çavuşoğlu Türkiyənin İsrail hökumətinin Ramazan ayının sonuna qədər müsəlmanlardan başqa heç kəsin əl-Əqsa məscidinə buraxılmaması qərarını gərginliyin azaldılması baxımından müsbət qiymətləndirdiyini ifadə edib.

 

O, əl-Əqsa məscidində təxribatların təkrarlanmamalı olduğunu vurğulayıb. Diplomat Türkiyənin gərginliyin azaldılması üçün hər cür töhfə verəcəyini də bəyan edib.

Əlaqəli Xəbərlər