22 Oktyabr 2022, 13:42
Ombudsman beynəlxalq ictimaiyyətə çağırış edib
Ombudsman beynəlxalq ictimaiyyətə çağırış edib şəkil
Ombudsman beynəlxalq ictimaiyyətə çağırış edib

Ombudsman Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Bu barədə "Operativ Media"ya Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Azərbaycanın işğaldan azad olunmuş Laçın rayonunda piyada əleyhinə minanın partlaması daha iki vətəndaşımızın mina terrorunun qurbanına çevrilməsi ilə nəticələnmişdir. Təəssüf ki, Laçın rayonunun Suarası kəndində təmir-tikinti işləri ilə məşğul olan Elsevər Həmidov mina partlayışı səbəbindən aldığı ağır xəsarətlərdən vəfat edib, Səbuhi Həsənov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu faciəvi hadisə bir daha sübut edir ki, Ermənistanın Azərbaycanın mülki yaşayış məntəqələrində təsadüfi qaydada basdırdığı işarələnməmiş minalar insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmaqla onların fundamental hüquqlarının pozulmasına gətirib çıxarır.

Minalanmış ərazilərin etibarlı xəritələrinin təxirə salınmadan Azərbaycan tərəfinə verilməsinin həyati önəm daşıdığını dəfələrlə vurğulamağımıza baxmayaraq, cəzasızlıqdan ruhlanan Ermənistan hərbi-siyasi rəhbərliyi bu məsələdə də etinasızlıq göstərərək, beynəlxalq hüquqa saymazyana münasibətini davam etdirir.

Belə ki, bu günlərdə Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında Azərbaycan Ombudsmanının da qeyd etdiyi kimi, Ermənistan tərəfindən hələ də diversiya qrupları vasitəsilə minalama işləri aparılmasına cəhdlər edilir. Həmçinin ANAMA tərəfindən həmin konfransda verilən məlumata əsasən, Ermənistanın təqdim etdiyi mina formulyarlarının səmərəliliyi cəmi 2 faiz olub.

Bir daha dünya ictimaiyyətinə müraciət edərək, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn normalarına zidd olaraq Azərbaycan ərazilərində işarələnmədən basdırılmış minaların insanların həlak olmasına, sağlamlığını itirməsinə və ya əlilliyinə səbəb olduğunu, regionda ədalətli sülhün və təhlükəsizliyin təmininə ciddi təhdid yaratdığını diqqətə çatdırır və torpaqların minalarla çirkləndirilməsinin qarşısının qəti şəkildə alınmasına, dəqiqliyinə zəmanət verilən mina xəritələrinin ölkəmizə təqdim olunmasına dəstək verməyə çağırırıq

Son xəbərlər
Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib