Kolumbiyada körpünün uçması nəticəsində iki polis həlak olub
Nərmin Qocamanlı
Cənubi Amerika ölkəsi Kolumbiyada magistral yolda körpünün uçması nəticəsində 2 polis həyatını itirib, 15 nəfər yaralanıb.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin inzibati rayonlarından biri olan Quindio və Valle del Kauca şəhərlərini birləşdirən körpünün La Vieja çayı üzərində uçması nəticəsində baş verib.
Körpünün uçması səbəbindən ölkənin cənub-qərb hissəsindəki Pereyra, La Paila, Kalarka və Manizales yolları nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.
Teqlər:
"Kolumbiyada körpünün uçması nəticəsində iki polis həlak olub"