Menyu

"Sabah" FK Prezidentə təşəkkür məktubu ünvanlayıb

Operativ Media
"Sabah" FK Prezidentə təşəkkür məktubu ünvanlayıb

“Sabah” Futbol Klubunun tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti paylaşım edib.

"Möhtərəm cənab Prezident,

“Sabah” Futbol Klubunun tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsinə göstərdiyiniz yüksək diqqətə görə dərin minnətdarlığımızı bildiririk. Sizin təbrikiniz komandamız üçün bu qələbənin sevincini daha da artırdı.

Sizin Azərbaycan idmanına, o cümlədən futbolun inkişafına göstərdiyiniz davamlı diqqət və qayğınız, idman klublarının inkişafı üçün yaradılmış imkanlar bu cür tarixi nailiyyətlər üçün böyük stimul verir, məsuliyyətimizi daha da yüksəldir.

Ölkəmizi Avropanın ən mötəbər futbol turnirində layiqincə təmsil etmək, Azərbaycan futbolunun adını daha da yüksəklərə qaldırmaq üçün bundan sonra da əzmlə mübarizə aparacağıq.

Nəticə etibarilə, biz sonadək mübarizə aparmaq, qələbəyə inanmaq əzmini Sizdən öyrənirik. Azərbaycan xalqının böyük qələbələrinin yaradıcısı kimi, biz də öz gücümüzü və İLHAMımızı Sizdən alırıq.

“Sabah” Futbol Klubu adından göstərdiyiniz yüksək diqqətə görə bir daha dərin təşəkkürümüzü bildiririk".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər