Şəhriyar Məmmədyarov: "Turnirdə unudulmayacaq tarix yazdım"

admin
Şəhriyar Məmmədyarov: "Turnirdə unudulmayacaq  tarix yazdım"

"Turnirdə tarix yazdım. Bu, unudulmayacaq".

"Operativ Media" xəbər verir ki, bunu "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov şəxsi feysbuk hesabında yazıb.

37 yaşlı qrossmeyster tək bu yarışla bağlı bir kitab yaza biləcəyini vurğulayıb: "Fəxr edirəm ki, siz də bu tarixin bir hissəsi oldunuz. Oyunlarımı çox sevdim. Sizin oyun sevginizi qazanmaqla geri dönəcəyəm".

Qeyd edək ki, Şəhriyar Məmmədyarov “Aimchess Rapid”in finalında polşalı Yan Kşiştof-Dudaya uduzub.

Digər xəbərlər