Menyu

"Qarabağ" Fransa klubundan futbolçu alır

Operativ Media
"Qarabağ" Fransa klubundan futbolçu alır
1 dəq oxu

“Qarabağ” heyətini almaniyalı futbolçu ilə gücləndirə bilər.

Operativ Media Sportal.az saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Reyms”in futbolçusu Reda Xadra ilə danışıq aparır.

Hazırda tərəflər arasında danışıq aparır. 25 yaşlı vingerin özü “Qarabağ”a keçməyə ilkin razılıq verib. 

Yaxın vaxtlarda Xadranın “Qarabağ”la müqavilə imzalayacağı da gözlənilir. Onun “Reyms”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

Almaniyanın U-21 yığmasının üzvü olmuş Reda “Blekbern”, “Şeffild Yunayted”, “Birmingem”, “Brayton”, “Le Havr” klublarının formasını geyinib.

Əlaqəli Xəbərlər