Menyu

"Çelsi"nin hücumçusu İngiltərədə klubunu dəyişdi

Operativ Media
"Çelsi"nin hücumçusu İngiltərədə klubunu dəyişdi
1 dəq oxu

"Nottinqem Forest" heyətini yeni hücumçu ilə gücləndirib.

Operativ Media xəbər verir ki, komanda "Çelsi"nin forvardı Liam Delapı rəsmən heyətinə qatıb.

​23 yaşlı ingiltərəli futbolçu ilə imzalanan müqavilənin müddəti beş illik nəzərdə tutulub.

​Xatırladaq ki, oyunçu 2025-ci ilin yayından London təmsilçisinin şərəfini qoruyurdu. O, bu dövr ərzində bütün yarışlarda 47 görüşdə iştirak edərək, rəqib qapılarından 3 dəfə keçib və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Həmçinin, hücumçu "zadəganlar"ın heyətində 2025-ci il klublararası dünya çempionatının qalibi adını qazanıb.

​Qeyd edək ki, karyerası ərzində müxtəlif illərdə "Mançester Siti", "Stok Siti", "Preston", "Hall Siti" və "İpsviç" klublarında da çıxış edib.

Əlaqəli Xəbərlər