Emiliano Martinez "Çelsi"yə keçməyə yaxındır
"Aston Villa"nın qapıçısı Emiliano Martinez karyerasını "Çelsi"də davam etdirməyə müsbət yanaşır.
Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mənbə bildirib ki, 33 yaşlı argentinalı qolkiper transfer təklifini qəbul edib və transfer pəncərəsi bağlananadək London təmsilçisinin heyətinə qoşulmaq niyyətindədir. Lakin keçidin reallaşması ilə bağlı son söz "aristokratlar"a məxsusdur və klub rəhbərliyi hazırda bu məsələni müzakirə edir.
Qeyd edək ki, təcrübəli futbolçu 2020-ci ildən bəri "Aston Villa"nın şərəfini qoruyur. Birminhem təmsilçisinin heyətində ümumilikdə 256 matçda iştirak edən oyunçu qapısından 305 qol buraxıb, 80 qarşılaşmada isə qol vurulmasına imkan verməyib. Onun klubla qüvvədə olan müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
dəqiqələr içində saytın olsun.