Menyu

Tunis sahillərində miqrant qayığı batıb, 15 nəfər ölüb

Nərmin Qocamanlı
Tunis sahillərində miqrant qayığı batıb, 15 nəfər ölüb
1 dəq oxu

Tunis sahillərində miqrant qayığı batıb, 15 nəfər ölüb, 47 nəfər xilas edilib.

"Operativ Media" xəbər verir ki, Tunis Milli Təhlükəsizlik Qüvvələrinin sözçüsü Hüsaməddin əl-Cəbabli sosial media hesabından batan qayıqla bağlı açıqlama verib.

Cəbablı açıqlamasında qeyri-qanuni mühacirləri daşıyan qayığın ölkənin cənubundakı Sfaks şəhəri sahillərində batdığını, Dəniz Qüvvələrinin axtarış-xilasetmə qrupunun 15 immiqrantın cəsədlərinə çatdığını bildirib.

Cəbablı 5-i qadın, 9-u uşaq olmaqla 47 immiqrantın xilas edildiyini bildirib.

 

Əlaqəli Xəbərlər