Menyu

Şirinləşdirilmiş dəniz suyunun qiyməti neçəyə olacaq?

Redaksiya 1647 baxış
Şirinləşdirilmiş dəniz suyunun qiyməti neçəyə olacaq?

Azərbaycanda dəniz suyundan içməli su kimi istifadə olunacaq.

"Operativ Media" xəbər verir ki, su məsələləri üzrə ekspert Rövşən Abbasov deyib ki, Xəzər dənizinin suyunda duzluluq okeanlara nisbətən 3 dəfə  azdır.

Buna görə də ölkəmizdə dəniz suyunun şirinləşdirilməsi daha az xərc tələb edəcək.

Mütəxəssis bildirib ki, dəniz suyunu şirinləşdirməklə Abşeron, Qaradağ, Pirallahı, Zirə və Salyan rayonu ərazilərində içməli suya olan təlabatı qarşılamaq olar. Rövşən Abbasov içməli dəniz suyunun təxmini qiymətini də açıqlayıb.

Onun sözlərinə görə, suyun 1 kub metrinin qiyməti 2-3 manat arasında dəyişə bilər.

Mütəxəssis xatırladıb ki, Bakıda ötən əsrin əvvəllərində neft mədənlərində çalışan işçilərin suya tələbatını ödəmək üçün müxtəlif üsullarla şirinləşdirilmiş dəniz suyundan istifadə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər