Menyu

Ermənistan: Türkiyə ilə sərhədin açılması Aralıq dənizi limanlarından istifadəyə imkan verəcək

Operativ Media
Ermənistan: Türkiyə ilə sərhədin açılması Aralıq dənizi limanlarından istifadəyə imkan verəcək

Türkiyə ilə sərhədin açılması Ermənistanın Aralıq dənizində yerləşən Türkiyə limanlarından istifadə etməsinə imkan yaradacaq.

Operativ Media xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması istiqamətində işləri davam etdirir.

Xaçaturyan qeyd edib ki, sərhəd-keçid məntəqələrində zəruri hazırlıq işləri artıq başa çatıb və məntəqələr fəaliyyətə hazırdır.

Ermənistan Prezidenti bildirib ki, 2026-cı ilin əvvəlindən Türkiyə ilə iqtisadi əlaqələrdə müsbət dinamika müşahidə olunur. Onun sözlərinə görə, hazırda Ermənistanın nəqliyyat vasitələri Türkiyəyə birbaşa yükdaşımalar həyata keçirə bilir.

Xaçaturyan əlavə edib ki, sərhədin açılması Ermənistan üçün yeni ticarət və logistika imkanları yaradacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər