Menyu

Şavkat Mirziyoyev Serbiyaya rəsmi səfər edəcək

Operativ Media
Şavkat Mirziyoyev Serbiyaya rəsmi səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 7-8-də Serbiya Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya rəsmi səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə "UZA" məlumat yayıb.

Səfər çərçivəsində Belqradda yüksək səviyyəli danışıqlar aparılacaq və hər iki ölkənin dövlət rəsmiləri ilə biznes dairələrinin nümayəndələrinin iştirakı ilə biznes-forum təşkil olunacaq.

Danışıqlarda Özbəkistan-Serbiya arasında çoxşaxəli tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.

Görüşlərdə əsas diqqətin ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə, həmçinin nəqliyyat, maşınqayırma, yüngül və qida sənayesi, kənd təsərrüfatı, əczaçılıq və informasiya texnologiyaları sahələrində birgə layihələrin həyata keçirilməsinə yönəldiləcəyi bildirilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər