Menyu

Peskov: Putin və Paşinyan Ermənistanda referendum keçirilməsini müzakirə edə bilər

Operativ Media
Peskov: Putin və Paşinyan Ermənistanda referendum keçirilməsini müzakirə edə bilər
1 dəq oxu

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilə biləcək görüşün mümkün müzakirə mövzularını açıqlayıb.

Operativ Media xəbər verir ki, Kreml rəsmisinin sözlərinə görə, tərəflər görüş çərçivəsində Ermənistanın gələcək inkişaf istiqamətlərini və bu kontekstdə müvafiq referendumun keçirilməsi məsələsini müzakirə edə bilərlər.

Müzakirələrin dəqiq tarixi və digər təfərrüatları barədə hələlik əlavə məlumat verilməyib.

Əlaqəli Xəbərlər