Özbəkistan tibb işçilərinin peşəyə qəbul prosedurunu dəyişdirməyi planlaşdırır
Şəfa Hüseynli
Özbəkistan tibb işçilərinin peşəyə qəbul prosedurunu dəyişdirməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə "Gazeta.uz" məlumat yayıb.
Bildirilib ki, diplomla yanaşı, onlardan müstəqil bilik qiymətləndirməsindən və dövlət qeydiyyatından keçmələri tələb olunacaq.
Sistem 2027-ci ildən 2030-cu ilə qədər könüllü, 2030-cu ildən isə məcburi olacaq.
Gələcəkdə qeydiyyatdan keçməmiş mütəxəssislər tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilməyəcəklər.
Bu məqsədlə tibb və əczaçılıq işçilərinin vahid elektron reyestrinin yaradılması və 16 məlumat bazası ilə inteqrasiyası planlaşdırılır. Bu reyestrdə mütəxəssislərin təhsili, ixtisası və peşə fəaliyyəti haqqında məlumatlar yer alacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net