Menyu

NATO Ukraynaya silah tədarükü ilə bağlı virtual görüş keçirəcək

Nicat Hüseynli
NATO Ukraynaya silah tədarükü ilə bağlı virtual görüş keçirəcək
1 dəq oxu

NATO sentyabrın 8-də ABŞ-ın iştirakı ilə Ukraynaya silah tədarükü üzrə Təmas Qrupunun virtual görüşünü keçirəcək.

Operativ Media xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Görüşdə NATO-nun Baş katibi Mark Rütte, ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi, həmçinin Almaniya, Böyük Britaniya və Ukraynanın müdafiə nazirləri iştirak edəcəklər.

Videokonfrans zamanı Kiyevə silah tədarükü və Ukraynaya hərbi dəstəyin davam etdirilməsi məsələlərinin müzakirə olunması gözlənilir.

Əlaqəli Xəbərlər