Menyu

Yüzlərlə miqrant qayıqlarla Böyük Britaniyaya gəlib

Operativ Media
Yüzlərlə miqrant qayıqlarla Böyük Britaniyaya gəlib

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi sentyabrın 6-da 8 qayıqla ölkəyə gələn 625 miqrantın Dover və Portsmut sahillərinə çıxarıldığını açıqlayıb.

Operativ Media xəbər verir ki, Portsmutda miqrantları daşıyan sahil mühafizə qayıqlarının limana çatması etirazlarla müşayiət olunub.

Aksiya iştirakçıları əvvəlcə miqrantların sahilə çıxmasına, daha sonra isə onları miqrant mərkəzlərinə aparan avtobusların ərazidən ayrılmasına mane olmağa çalışıblar. Hadisələr zamanı polis, sahil mühafizəsi və sərhəd xidmətinə məxsus avtomobillərə ziyan vurulub.

Bir neçə polis əməkdaşına aldığı xəsarətlərə görə hadisə yerində tibbi yardım göstərilib. Hüquq-mühafizə orqanları hadisələrdə iştirak edən şəxslərin müəyyənləşdirilməsi üçün araşdırmaya başlayıb.

Rəsmi məlumatlara görə, bu il yanvarın 1-dən sentyabrın 5-dək La-Manş boğazını kiçik qayıqlarla keçərək, Böyük Britaniyaya gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz azalıb. Buna baxmayaraq, hər il minlərlə insan bu yolla ölkəyə gəlməkdə davam edir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər