Menyu

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb

Operativ Media
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb

İsrailin Livana qarşı hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 2-də hərbi eskalasiyanın başlanmasından indiyədək 12402 nəfər yaralanıb.

Son üç gündə Livanın cənubundakı Nəbatiyyə əyalətinə endirilən hava zərbələri nəticəsində 27 nəfər həlak olub, 69 nəfər yaralanıb.

Nazirliyin məlumatına görə, İsrail aviasiyası Livanın hava məkanında uçuşları davam etdirir. 

Kfar Tibnit və Nəbatiyyə əl-Favqa yaşayış məntəqələrinə də hava zərbələri endirilib.

Sərhəd bölgəsindəki Əl-Mansuri və Hula yaşayış məntəqələrinin bombardman edilməsi nəticəsində mülki əhali arasında itkilərin olduğu bildirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər