Menyu

"Yuventus"un yarımmüdafiəçisi Lokatelli əməliyyat olunacaq

Operativ Media
"Yuventus"un yarımmüdafiəçisi Lokatelli əməliyyat olunacaq
1 dəq oxu

“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatellinin meniskindən əməliyyat olunacağı bildirilib.

Operativ Media xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb. 28 yaşlı italiyalı futbolçu A Seriyasının “Milan”la 1:1 hesablı heç-heçə etdiyi matçda zədələnib.

Sonrakı müayinələr Lokatellinin cərrahi müdaxiləyə ehtiyac duyduğunu təsdiqləyib. Yarımmüdafiəçinin meniskinin bərpası üçün əməliyyat olunması daha etibarlı variant hesab edilir.

Bu halda futbolçunun ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Lokatelli 2026/27 mövsümündə 3 oyunda meydana çıxıb və məhsuldar fəaliyyəti ilə seçilməyib.

Əlaqəli Xəbərlər