Menyu

Zelenski: İki məsələdə Rusiyaya güzəşt edə bilərik

Operativ Media
Zelenski: İki məsələdə Rusiyaya güzəşt edə bilərik

“Ukrayna taxıl ixracı və enerji məsələlərində Rusiya ilə kompromis yollarının axtarılmasına hazırdır, amma addımlar hər iki tərəfdən eyni anda atılmalıdır”.

Operativ Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Taxıl, enerji Ukrayna və Rusiya üçün ağrılı məsələlərdir. Bunlar bütün dünya üçün də ağrılıdır. Bu gün Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Asiya və bir çox ölkə üçün belədir. Burada kompromis tapmağa hazırıq”, - Zelenski bildirib.

Prezident vurğulayıb ki, müvafiq addımları yalnız Ukrayna deyil, hər iki ölkə atmalıdır:

“Bu gün elə bir vəziyyətdə və mövqedəyik ki, həm Ukrayna, həm də Rusiya müəyyən addımlar atmalıdır. Yalnız Ukraynadan güzəşt gözləmək olmaz. Ukrayna onsuz da çoxsaylı güzəştə gedib”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər